2023-cü ildə Azərbaycanda aqrar və aqrar-sənaye məhsullarının ixracı $1 milyard 135 milyon məbləğində təşkil edib.
2023-cü ildə şirkətlər üzrə qeyri-neft ixracı - SİYAHI
FED.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib.
"Ümumi aqrar ixracının $878 milyonu emal edilməmiş kənd təsərrüfatı məhsullarının payına düşüb. Ən iri həcm $127,2 milyon (+12%) xurmanın, $119,6 milyon (+ 12%) təmizlənmiş fındığın, $57,2 milyon (+10%) almanın, $51,5 milyon (+57%) şaftalı və nektarinin, $44,6 milyon (+7%) albalı və gilasın, $30,6 milyon (-4%) narın payına düşüb”, - Abdullayev bazar ertəsi 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, $257 milyon məbləğində ixrac emal edilmiş kənd təsərrüfatı məhsullarının payına düşüb. (İnterfaks-Azərbaycan)