2023-cü ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı bərabərləşdirilərək 246 manat müəyyən ediləcək.
FED.az xəbər verir ki, bu barədə 2023-cü il üzrə dövlət büdcəsinin layihəsində bildirilir.
Xatırladaq ki, 2022-ci ildə ölkə üzrə yaşayış minimumu 210 manat idi. Başqa sözlə, 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 36 manat və ya 17% daha artıq olacaq.