2022-ci ildə Rusiyadan Azərbaycana taxta tədarükü 36% - 659 min kubmetrə qədər azalıb.
Azərbaycanda kəsilmiş taxtaların qiyməti ucuzlaşıb
FED.az xəbər verir ki, ötən il Rusiyadan Azərbaycana taxta tədarükünün dəyəri $113 milyon (-8%) təşkil edir.
2022-ci ilin yekunları üzrə Azərbaycan RF-dən taxta tədarükünün həyata keçirildiyi ölkələrin ilk onluğuna daxil olub.
“Lesprom Network”ün qiymətləndirmələrinə görə, 2022-ci ildə Rusiya taxta ixracını 25% - 22 milyon kubmetrə qədər azaldıb. İxracın dəyəri isə 18% - $5 milyarda qədər azalıb. (İnterfaks-Azərbaycan)