2022-ci ildə Azərbaycanda bütün növ un ehtiyatları ilə özünütəminetmə səviyyəsi 93,3% (2021-ci ildə 95%) təşkil edib.
Sahibkar Vüqar Qardaşov: “Qarabağda taxılçılıq və yemçilik üzrə istehsal müəssisəsi yaratmaq istəyirik”
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, 2022-ci ilin yekunları üzrə buğda ilə özünütəminetmə səviyyəsi 56,7% (2021-ci ildə 61,5%) təşkil edib.
2022-ci ildə əhalinin hər nəfərinə buğda istehlakının illik həcmi 3,2 kq (2021-ci ildə 6,7 kq), un istehlakının illik həcmi 47,5 kq (2021-ci ildə 60,1 kq) təşkil edib.
2022-ci ildə Azərbaycanda 3 milyon 309,493 min ton (2021-ci illə müqayisədə azalma 6,8%) buğda ehtiyatı olub. 2022-ci ilin əvvəlinə ölkədə buğda ehtiyatının qalığı 325,665 min ton təşkil edib. 2022-ci ildə Azərbaycanda 1 milyon 690,832 min ton buğda istehsal edilib (azalma 8% - İF), idxalın həcmi 1 milyon 292,996 min ton (artım 12,6% - İF) təşkil edib.
2022-ci ildə ehtiyatların ümumi həcmindən 146,999 min ton buğda toxum, 765,451 min ton mal-qara və quş yemi, 1 milyon 869,150 min ton qida məhsullarının istehsalı, o cümlədən 1 milyon 820,746 min ton un və yarma istehsalı üçün istifadə edilib.
Ötən il qeyri-qida məhsullarının istehsalına 159,813 min ton, əhalinin şəxsi istehlak fonduna 32,191 min ton, qalan həcm isə digər məqsədlərə (itkilər nəzərə alınmaqla) yönəldilib. 2023-cü ilin əvvəlinə buğda ehtiyatları 281,259 min ton həcmində qiymətləndirilir.
2022-ci ildə Azərbaycanda bütün növ un ehtiyatlarının həcmi 1 milyon 831,294 min ton (azalma 11,4% - İF) təşkil edib və 2022-ci ilin əvvəlinə 359,534 min ton həcmində qalıq, 1 milyon 365,163 min ton istehsal (azalma 8,8% - İF) və 106,1597 min ton idxal (artım 25,1% - İF) hesabına formalaşıb.
2022-ci ildə ixrac 9,303 min ton (artım 58,6%), itkilər 22,132 min ton həcmində olub. Qalan həcm əhalinin şəxsi istehlak fonduna, mal-qara və quş yemi üçün, eləcə də qida və qeyri-qida məhsullarının istehsalına yönəldilib.
2023-cü ilin əvvəlinə un ehtiyatının qalığı 292,01 min ton həcmində qiymətləndirilir. (İnterfaks-Azərbaycan)