2021-ci ilin dövlət büdcəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi və onun maliyyələşdirilməsi qaydası məlum olub.
FED.az xəbər verir ki, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.
Kəsirin qarşılanmasının aşağıdakı mənbələr hesabına həyata keçirilməsi nəzərdə tutulur:
- imzalanmış kredit müqavilələrinə uyğun olaraq 610,0 milyon manat həcmində layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər,
- 1895,0 milyon manat həcmində yeni daxili və xarici borclanma,
- 500,0 milyon manat həcmində 2021-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının ehtimal olunan qalığı və 2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.
- 111,0 milyon manat məbləğində özəlləşmədən daxilolmalar.