Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin (FCS) materiallarına görə, 2021-ci ilin yanvar-dekabr aylarında Rusiyadan buğda və yulaf ixracı 2020-ci illə müqayisədə 14,4% azalaraq 32,92 milyon ton təşkil edib.
Eləcə də bax: Ölkəyə idxal edilən buğdanın dəyəri 11,8% artıb, həcmi isə - 15,9% AZALIB
FED.az xəbər verir ki, pul ifadəsində bu göstərici 8,5% artaraq 8 milyard 879 milyon dollar təşkil edib.
Dekabrda Rusiya buğdasının ixracı fiziki ifadədə noyabr ayı ilə müqayisədə 7,5% azalaraq 2,951 milyon tona, pul ifadəsində 1,6% azalaraq 938,1 milyon dollara düşüb.
Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-dekabr aylarında bitki yağı ixracı pul ifadəsində 41,8% artaraq 3,987 milyard dollara çatıb, fiziki ifadədə isə bu rəqəm 3,1 milyon ton (-15,1%) təşkil edib.
Təzə və dondurulmuş balıqların ixracı 8,3% artaraq 3 milyard dollara çatıb, fiziki göstəricilərdə isə bu rəqəm 1,5 milyon ton (-12,2%) təşkil edib.(Marja)