2021-ci ildə Azərbaycan $630 milyon 367,81 min məbləğində 641 min 603,91 ton meyvə-tərəvəz ixrac edib.
Eləcə də bax: Ötən il Azərbaycanın pomidor ixracı - 23% AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2020-ci illə müqayisədə meyvə-tərəvəz ixracı miqdar ifadəsində 5,8%, dəyər ifadəsində 3,8% artıb.
2021-ci ildə ixracın ümumi həcmində meyvə-tərəvəz məhsullarının payı 2,84%, qeyri-neft ixracının strukturunda 23,23% təşkil edib.
2021-ci ildə $160 milyon 228,84 min məbləğində (azalma 20,4%) 145,216 min ton pomidor (azalma 22,6%) ixrac edilib.
Hesabat dövründə $111 milyon 787,57 min dəyərində (azalma 3,9%) 19 min 459 ton meşə fındığı (artım 3%), $125 milyon 895,03 min dəyərində (artım 37,5%) 174 min 158,19 ton xurma (artım 38,5%) ixrac edilib.
İxracın qalan həcmi digər meyvə və tərəvəz məhsullarının payına düşüb.