2018-ci il dövlət büdcəsi layihəsi hökumətə təqdim olunub.
Maliyyə Nazirliyindən verilən məlumata görə, “Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq, 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-cı il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub.