Avadanlıqların tam çatışmazlığı və proqram təminatının uyğunluğu ABŞ-da texnologiyanın istifadə və tətbiqini məhdudlaşdıran yeganə böyük faktordur. Bu məsələ sənayenin həm daxilində, həm də xaricində diqqət mərkəzində saxlanan məsələdir. Lakin burada həmçinin digər əsas faktorlar da vardır. PrecisionAg® Media redaktorları kənd təsərrüfatında texnologiyanın tətbiqi prosesindəki sürətə və dərinliyə təsir edəcək 6 əsas və nəzərəçarpan faktorları qeyd edirlər.
- Suyun keyfiyyəti və istifadə effektivliyi
Su ilə bağlı problemlər son dövrlərdə diqqət mərkəzində olan məsələlərdən biridir. Burada diqqət iki istiqamətdə cəmlənir: 1) suyun qıt və ya az olduğu yerlərdə su istifadəsinin səmərəliliyini artırmaq; 2) su hövzələrinə qida müdaxiləsini (kənd təsərrüfatı drenajlarından) azaldaraq suyun keyfiyyətini artırmaq.
Bununla bağlı məsələləri həll etmək üçün müxtəlif strategiyalardan istifadə olunur.
Mövcud və inkişaf etdirilən dəqiq texnologiyalar suvarma suyunun istifadəsini artırmaq məqsədilə layihələndirilmiş sistemləri yaratmaqdan ötrü bir-birilə sıx əlaqəlidir. Bu sistemlər artıq öz son istifadəçilərinə mərkəzin fəaliyyəti, hava və torpaq şəraiti barədə məlumatları birləşdirərək smartfon vasitəsilə suvarma prosesinə nəzarət və bu prosesi idarə etmək imkanı verir. Bu da öz növbəsində istifadəçilərə problemləri diaqnostika etmək və səhv, nasaz iş getdikdə sistemin işini bağlamaq imkanı verir.
Suyun keyfiyyəti son illərdə Eri gölündə suyun zəhərlənməsi, Ayovada suya biogen qida müdaxiləsi üzrə məhkəmə işləri və Chesapeake Körfəzinin və Meksika körfəzinin davamlı olaraq belə tullantılarla yüklənməsi nəticəsində əsas məsələ kimi ortaya çıxmışdı.
Dəqiq texnologiyalar biogen mənşəli cisimlərin müdaxiləsinin azaldılmasında əsas komponentlərin vacibliyini sübut edir. Son illərdə istehsalçılar payızda bütün mövsüm boyunca azot istifadəsi əvəzinə “bölünmüş” applikasiyaları tətbiq etməyə qərar vermişlər. “Bölünmüş” applikasiyalarda məhsul yığınından əvvəl yazda kifayət qədər azot tətbiq edilir və mövsümün ortasında həmin mövsümə uyğun məhsul üçün tələb olunan miqdarda ardıcıl tətbiqlərdən istifadə olunur.
Məhsul ehtiyaclarının müəyyənləşdirilməsi və applikasiyaların (tətbiqlərin) sinxronizasiyası dəqiq alətlərdən istifadəni zəruri edir: tarla xəritəsinin rəng kodlaşdırılmasının yaradılması vasitəsilə məhsulun sağlamlığını ölçən peyk və ya UAV-dan alınan şəkillərin məsafədən yaradılması; məhsulun yaşıllığını ölçən sensorların quraşdırılması və lazım olduqda azotu avtomatik tətbiq edə bilmək üçün burğu cihazının tətbiqinin (applikasiyasının) işə salınması; hava modelləşdirilməsi ilə birgə yığılmış tarla və məhsul barədə məlumatlara əsaslanan məsləhətləri təmin edən proqram təminatı əsaslı azot resepti proqramları; və torpağın dərhal azot sınağını təmin edən yeni texnologiya.
Bu texnologiyaların innovasiyası və davamlı tərəqqisi təbii ki ardıcıl olaraq illər boyunca davam edəcəkdir.
Baxmayaraq ki, istehsalçılar və riteylerlər azotun effektivliyindəki tərəqqini görürlər, çox güman ki, illər sonra bu metodların nə dərəcədə suyun keyfiyyətinin tam yaxşılaşmasına gətirəcəyi məlum olacaqdır. Buna görə də metodları yaxşılaşdırmaqla bağlı dövlət və cəmiyyətdən gələn təzyiqlər davamlı olacaqdır.
- Texnoloji inkişafı dəyər (qiymət) yaranmasından bir addım irəlidədir
Kənd təsərrüfatının dəqiq texnologiyalarında irəliləyişlər hər zaman onlardan istehsalçının dəyər alması qabiliyyətindən daha sürətli olmuşdur. Buğda gəliri üzrə monitor 1990-cı illərin ortalarında kommersiyalaşdırılmışdı. Hazırda bugünə olan qiymətləndirmələrə əsasən 25%-dən çox olmayan istehsalçılar öz monitorlarını kalibrləşdirir və onlara coğrafi bağlantılar əlavə edir. Kalibrlənməmiş monitorlar isə yalnız cari ilki ərazinin müqayisəsi üçün faydalı məlumatlarla təmin edir, lakin ildən ilə gəlirlər barədə məlumatları müqayisə etmək üçün etibarlı deyildir.
Daha müasir nümunələrdən biri 5 il bundan əvvəl bazarda artaraq inkişaf edən əkinin dəyişən səviyyəsi üzrə texnologiyadır. Tarladan tarlaya dəyişən populyasiya geniş yayıldığı zaman əkinin dəyişən səviyyəsi üzrə texnologiyasının yaradılması təcrübədə o qədər də dərindən araşdırılmamışdı və müvafiq üstünlükləri hələ də müzakirə və tədqiqat predmeti, o cümlədən debatların müzakirə mövzusu olaraq qalmağa davam edir.
Digər texnoloji proses məlumatların idarəedilməsi texnologiyasıdır. Fermerlərin məlumat yığanlar qismində təkmilləşməsi hələ uzun illər tələb edəcəkdir. Baxmayaraq ki, alətlər təkmilləşir, lakin məlumatların dəyəri hələ də səpələnmiş şəkildədir və bir çox fermerlər üçün təzadlar və ziddiyyətlər yaradır. Lakin istisnalar da vardır: avtomatik tənzimləmə və aerozolun avtomatik söndürülməsi kimi texnologiyaların effektivliyi qəbul edilmiş və geniş istifadə olunur, çünki burada dəqiq dəyər mövcuddur. Onların əsas üstünlükləri dəqiq və sürətli olmalarıdır.
- Davamlı təşəbbüslər dəqiq idarə olunan məlumatlar tələb edir
Qida riteylerləri və istehsalçıları qida tərkibinin mənbələrinin stabil axtarışı məsələsinə ciddi yanaşmağa başlamışlar. Onlar həmçinin istehlakçılara qidanın haradan gəldiyini izah etməklə bağlı məsələyə də çox ciddi diqqət ayırmağa başlamışlar.
Kənd təsərrüfatı texnologiyasının dəqiq idarəedilməsi tarixdə böyük bir irəliləyişdir. Bura torpağın sınaqdan keçirilməsindən tutmuş müvafiq qida reseptlərinə qədər olan dəqiq texnologiyalar, eləcə də gübrə, toxum və kənd təsərrüfatı məhsullarını qoruyan məmulatlar üçün dəqiq applikasiyalar (tətbiqlər); şəkillər və məhsulun mövsümi tibbi analizləri, effektiv suvarma daxildir. Nəhayət, məlumatlar toplanır və fasiləsiz tərəqqini ölçə bilməkdən ötrü ildən-ilə müqayisə edilir. Kənd təsərrüfatında tətbiq edilən dəqiq metodlar onu göstərir ki, fermerlər inkişafın getməsi yolunda bütün səylərini göstərirlər.
Dəqiq məlumatyönlü texnologiyaların kənd təsərrüfatında istifadəsi gələcək artıma və davamlı inkişafa zəmin yaradır.
- Texnologiyaları yaxşı bilən və bilməyən istehsalçılar arasında böyüyən uçurum
Ümumiyyətlə, öz müştərilərinə innovasiyalar təqdim edən istənilən növ sahə öz müştərilərini novator və ilk istifadəçilərə bölür. İlk mərhələdə yeni başlayan novatorlar və bu yeniliklərə təzə alışan tətbiqçilər yeni texnologiyanın hər bir aspektini öyrənməyə və araşdırmağa meylli olur. Lakin sonrakı mərhələlərdə fermerlər durur ki, onlar texnologiyanın yalnız bir neçə aspektini faydalı hesab edir və heç vaxt çərçivədən və ya ziddiyyətli qiymətdən kənara çıxmamağa çalışır.
Digər reallıq isə ondan ibarətdir ki, çox aşağı dəqiqliyə malik texnologiyalara da sahib olmaqla effektiv və rəqabətədavamlı kənd təsərrüfatı məhsulları yaratmaq mümkündür.
- Naqilsiz giriş imkanı ya qeyri-münasib, ya da həmcinsdir
Naqilsiz bağlantı imkanının təkmilləşdirilməsi dəqiq kənd təsərrüfatı metodlarının artan istifadəsi və effektivliyi üçün əsas aparıcı qüvvədir. Lakin bir sıra sahələrdə hələ də belə bağlantı ilə əlaqədar problemlər mövcuddur. Bu da fermer və onların səlahiyyətli məsləhətçilərinin məlumatlar alətindən və dəqiq alətlərdən istifadə etmək imkanını məhdudlaşdırır.
CropLife® jurnalının bu yaxınlarda çıxan buraxılışında 233 kənd təsərrüfatı riteyli ilə məşğul oxucularının cəmi 16%-i naqilsiz xidmətin “çox etibarlı və uyğun” olduğunu qeyd etmişlər. 19% isə “etibarlılıq və uyğunluq probleminin çox tez-tez mövcud olduğunu” bildirmişlər, 3% isə bunun “biznesdə bir maneə” olduğunu söyləmişlər. Yerdə qalan üçdə iki faiz naqilsiz xidmətin “kifayət qədər” etibarlı və münasib olduğunu söyləmişlər.
- Texniki ekspertizanın çatışmazlığı
Kənd təsərrüfatı məsləhətçiləri ilə birlikdə dəqiq xidmətlər təklif edən bir çox kənd təsərrüfatı riteylerlərinin qarşılaşdığı əsas problem məhz proqram və apparat təminatları qurğularını bilən və texniki xidmət göstərə bilən ixtisaslı işçi qüvvənin çatışmamasıdır.
Sertifikatlar təklif edən bir çox iki illik peşə məktəbləri, aqronomiya və ya texniki proqramın bir hissəsi kimi texnologiyaya yönləndirilmiş elmi dərəcə təklif edən 4 illik kolleclər mövcuddur, lakin bunlar məsələni tam olaraq həll etmir.
Çox sürətlə baş verən dəyişikliklər və qeyri-uyğun sistemlər təlim prosesini daha da çətinləşdirir, texnologiyalar isə davamlı şəkildə inkişaf edib dəyişdiyindən nəticədə, bəzi tələbələrin öyrəndikləri ya çox sürətlə işə yaramır, ya da köhnəlmiş hesab olunur. Təkmilləşdirilmiş sistemlər və məlumatların uyğunluğu dəqiq təhsili daha da idarəolunan edə bilmək istiqamətində inkişaf edir, lakin kənd təsərrüfatı üzrə mövcud işçi qüvvəsi çox çətinliklə prosesə uyğunlaşa bilir, bu da ixtisaslı kadr çatışmazlığına şərait yaradır.
Mənbə: www.precisionag.com