Azərbaycanda tətbiq edilən gəlirlərin deklarasiya edilməsi qaydaları və bunun bəyan edilməsi mart ayında dollar ajiotajı zamanı bəzi vəsait sahiblərini dollar almaqdan çəkindirib.
Eləcə də bax: "Kapitalın və əmlakın amnistiyası - NƏZƏRDƏN KEÇİRİLİR"
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
V.Qasımlının sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir: «Xüsusən də, kapitalın gəlirliliyi (Return On Equity) elə bir səviyyədə olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı çoxalsın. Əgər fürsət dəyəri (opportunity cost) uyğun olacaqsa, amnistiya kapital sahiblərini onu leqallaşdırmağa cəlb edəcəkdir. Bu gün bütün dünyada səhmlərin dəyəri düşdüyündən investorlar “nağd pul şah”dır deyirlər. Bu da bir şansdır ki, əllərdəki nağd pul leqallaşmağa meyllənsin».
İcraçı direktor bildirib ki, bu qayda özünü mart ayında maliyyə bazarında baş verən proseslərdə də göstərib: «Bu ilin martında Azərbaycanda 20 min manatdan artıq bəzi pul sahibləri Maliyyə Monitorinqi Xidmətinə deklarasiya olunacağını bilib dollarlaşmaya getmədilər. Amnistiya belə kapital sahiblərinə də cəlbedici ola bilər».