Xarici ölkələrdən idxal edilən heyvan və heyvan mənşəli məhsulların qida təhlükəsizliyi tələblərinə cavab verməsi, ixracatçı şirkətin heyvandarlıq təsərrüfatının və istehsal müəssisəsinin ölkəmizin idxal tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə İran İslam Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran şəhərində keçirilən növbəti tədbirində Azərbaycanın və İranın müvafiq qurumlarının nümayəndələri arasında razılıq əldə olunub.
İki qonşu ölkə arasında tranzit yükdaşımalar zamanı transsərhəd xəstəliklərlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsində müvafiq beynəlxalq tələblərə uyğun olaraq, ixracatçı subyektlərin qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi məqsədi ilə birgə fəaliyyətə başlanılıb.
Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən İran İslam Respublikasının Gilan vilayətində yerləşən “Morghe Naabe Shomale Gilan Hoirishment Complex” quşçuluq fabrikinin qida təhlükəsizliyi baxımından qiymətləndirilməsi başa çatmış və Təbrizdə yerləşən “Kesht va Sanat va Damparvari Dasht Azenegin” heyvandarlıq kompleksində hazırda qida təhlükəsizliyi baxımından qiymətləndirilmə işləri həyata keçirilir.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Respublikada damazlıq ehtiyaclar nəzərə alınaraq damazlıq yumurta və bir günlük cücələrin İran İslam Respublikasının qeyd edilən müəssisəsindən idxalı barədə razılıq əldə edilib.
Ölkəmizə qida məhsulları idxal edən təşkilatların qida təhlükəsizliyi tələbləri üzrə ekvivalentliyinin müəyyən e