İki bank olmayan kredit təşkilatının (BOKT) rəhbərliyində dəyişiklik olub.
FED.az xəbər verir ki, Report-un məlumatına görə, “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Elman Ağrılı vəzifəsindən azad edilib.
Hazırda BOKT-a Qubad Qubadov rəhbərlik edir. O, həm də “İdeal Kredit”in 75% payla təsisçisidir. BOKT-un digər 25%-lik təsisçisi isə Xuraman Qubadovadır.
Xatırladaq ki, “İdeal Kredit” 2003-ci ildə “Ümid Kredit” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə adını “Finans Texnoloji”yə dəyişib, 2014-cü ildə isə səhmdarlarının dəyişməsi ilə əlaqədar yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 646,7 min manatdır.
Eləcə də, “City Finance” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib. Bu, Eldəniz Xudayarovdur. O, yeni vəzifəsində Eşqin Şıxəliyevi əvəz edib.
Xatırladaq ki, “City Finance” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 375 min manatdır. BOKT-un təsisçiləri 66,7% payla Ramiz Ağamirzə oğlu Eyvazov, 33,3% payla Vüqar Balakişi oğlu Dəmirovdur.