Bu ilin yanvar-aprel ayları ərzində lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunan müraciətlər üzrə 191,8 min manatdan artıq vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, bu, ötən ilin müvafiq dövründə qeydə alınan göstəricidən 49,3 faiz çoxdur.
“Dövlət Xidmətinin sahibkar-istehlakçı münasibətlərinin tənzimlənməsi və istehlakçıların qanuni mənafelərinin qorunması istiqamətində qabaqlayıcı tədbirləri istehlakçı məmnunluğunun təmin edilməsinə töhfə verir”, - məlumatda bildirilir.