Azərbaycanda 100% dövlətə məxsus olan, uzun illər zərərlə işləmiş 12 şirkətin 2017-ci ilin yekununda birgə yığılmış zərəri 9 523,082 milyon manatdır. Həmin şirkətlər və onların yığılmış zərərləri ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:
Dövlət şirkətinin adı Şirkətinyığılmış zərəri
1. "Azərsu" ASC 5 904,502
2. "Azərenerji" ASC 2 123,260
3. "Azərişıq" ASC 377,538
4. "Bakı Metropoliteni" QSC 371,739
5. "Azərkosmos" ASC 308,154
6. "Təmiz Şəhər" ASC 161,394
7. "Azəristiliktəchizat" ASC 136,108
8. "Sumqayıt Kimya Sənaye Parkı" MMC 66,694
9. "Aqrolizinq" ASC 43,980
10. "Azneftkimyamaş" ASC 24,951
11. "Yüksək Texnologiyalar Parkı" MMC 4,082
12. "Azərxalça" ASC 0,680
Cəmi 9 523,082
Cədvəldən göründüyü kimi, yığılmış zərəri ən çox olan dövlət şirkətləri "Azərsu" və "Azərenerji" ASC-dir. Su-kanalizasiya xidməti göstərən və elektrik enerjisinin istehsalı ilə məşğul olan bu qurumlar birlikdə 8,028 milyard manat vəsait itiriblər.