Azərbaycan bu ilin sentyabr, oktyabr və noyabr aylarında 80-90 min ton xurma ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov məlumat verib.
Onun sözlərinə görə, hazırda Rusiyanın xurmaya olan tələbatının 75-80%-ni Azərbaycan ödəyir.
"Bununla yanaşı, Ukrayna və Belorusa da xurma ixrac edirik", - deyə sədr qeyd edib.