Bizim 2025-ci il ilə bağlı proqnozlarımız nikbindir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu il Azərbaycan iqtisadiyyatının artımı proqnozunun 3,3% olacağı gözlənilir. Qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu bu il üzrə 5,2% müəyyən edilib.