Azərbaycana yatırılan investisiyalar azalıb.
Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilir.
Komitənin məlumatına görə, 2024-cü ilin ilk 11 ayında ölkədə əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində yatırım edilib.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 600 milyon manat və ya 3,8 faiz azdır. Maraqlıdır ki, bu dövrdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna yatırılan investisiyalar da aşağı düşüb.
Belə ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.
Komitənin məlumatına görə, ölkə iqtisadiyyatına yatırılan investisiyanın 8 139 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 618 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 154 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 13 066,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 11 435 milyon manatı və ya 72 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.