Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4,5 milyard ABŞ dolları təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.
9 ayda investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 79,3 % olub ki, bu da 1 il əvvələ nisbətən 0,1 faiz bəndi çoxdur.