2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi üzrə ən aşağı göstəricilər də məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi ölkə və beynəlxalq təşkilatlardan daxil olan investisiya digərlərinə nisbətən az olub.
Siyahının bu hissəsində Qazaxıstan 17 milyon 193 min dollar göstərici ilə yer alıb.
Qırğızıstandan yatırılan investisiyanın həcmi 12 milyon 983 min dollar təşkil edib.
Lüksemburq 7 milyon 541 min dollar göstərici ilə növbəti sırada qərarlaşıb. Serbiyadan isə bu rəqəm 6 milyon 187 min dollar olub.
Digər ölkə və qurumlar üzrə göstəricilər aşağıdakı kimidir:
Latviyadan 5 milyon 800 min dollar, Asiya İnkişaf Bankından 5 milyon 464 min dollar investisiya daxil olub.
Belarus 4 milyon 676 min dollar göstərici ilə siyahıda yer alıb. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən yatırılan vəsait 4 milyon 545 min dollar olub.
Siyahının son pillələrini Monako (3 milyon 500 min dollar) və Norveç (2 milyon 990 min dollar) tamamlayır.











