Türkiyədə zəlzələ bölgəsində ümumilikdə 468 min yaşayış yerinin inşa edilməsi planlaşdırılır.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) qrup iclasında çıxışı zamanı açıqlayıb.
“1 ilimiz var. Bu müddət içərisində bu evləri inşa edəcəyik. Zəlzələ bölgəsində uçan, sökülməli olan və qəzalı binaların keçmişdə olan bütün borclarını silirik. Kahramanmaraş, Hatay, Adıyaman, Malatya vilayətlərinin hamısında Qaziantepin isə İslahiye və Nurdağı bölgələrində sakinlərin işıq və qaz pullarının ödənilməsi 3 ay müddətinə təxirə salınıb”, - deyə Ərdoğan qeyd edib