2024-cü ildə “PAŞA Holding”in sifarişi ilə “PMD Projects” tərəfindən Bakı şəhərində Zəfər Parkı inşa edilib. 2024-cü ilin noyabrın 8-də Zəfər Parkı tam şəkildə tamamlanaraq istifadəyə verilib. Bu ilin 15 iyul tarixində Park ərazisində inşa olunan Zəfər Muzeyində daxili tərtibat işlərinə start verilib.
Zəfər Muzeyi layihəsi xalqımızın qəhrəmanlıq salnaməsini və tarixi zəfərini əbədiləşdirmək, həmçinin bu irsi gələcək nəsillərə çatdırmaq məqsədilə həyata keçirilir. Muzey təkcə sərgi məkanı deyil, həm də milli yaddaşın və qürur duyulası tariximizin rəmzi olacaq
Onu da qeyd edək ki, Zəfər Muzeyinin inşası zamanı həm əhalinin təhlükəsizliyini təmin etmək, həm də tikinti prosesinin səmərəli icrasını dəstəkləmək məqsədilə Muzey ərazisinə yaxın müəyyən hissələrdə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Muzeyinin inşası Zəfər Parkının ümumi fəaliyyətinə maneə yaratmır. Park ziyarətçilər üçün açıqdır və əraziyə bir neçə giriş nöqtəsi vasitəsilə daxil olmaq mümkündür.
PAŞA Holding Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olaraq, milli mədəniyyət və tarixin qorunmasına xüsusi önəm verir. Şirkət Qarabağda – o cümlədən Şuşa, Zəngilan, Ağdam və digər şəhərlərdə – məscidlərin və tarixi abidələrin bərpasını maliyyələşdirməklə ölkənin mədəni irsinin dirçəldilməsinə töhfə verir.
Qeyd: Zəfər Muzeyinə dair təqdim olunan bu vizuallar layihənin ilkin konseptini əks etdirir və inşaat prosesində dəyişilə bilər.