Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üzrə mənzil satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.
Binəqədi, Şirvan və Yevlaxdakı güzəştli mənzillərin satışa çıxarılacağı tarix - AÇIQLANDI
FED.az xəbər verir ki, budəfəki satışda Yevlaxda ümumilikdə 179 mənzil satışa çıxarılıb.
Bunlardan 27-si 1 otaqlı, 42-si 2 otaqlı, 96-sı 3otaqlı, 7-si 4 otaqlı, 70-i isə studio mənzillərdir.
Mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:
1 otaqlı mənzil – 40 200 manat,
2 otaqlı mənzil – 45 225 manat,
3 otaqlı mənzil – 70 490 manat,
4 otaqlı mənzil – 103 740 manat.
Qeyd edək ki, Yevlaxda 1 otaqlı, 2 otaqlı, 3 otaqlı, 4 otaqlı və studio mənzillər satışa çıxarılacaq.
Mənzillərin sahəsi 1 otaqlılarda xarici perimetr üzrə 54 m2 (içəridən ölçəndə 45 m2 ), 2 otaqlılarda xarici perimetr üzrə 75 m2 (içəridən ölçəndə 65 m2), 3 otaqlılarda xarici perimetr üzrə 87-112 m2 (içəridən ölçəndə 74-98 m2), 4 otaqlılarda xarici perimetr üzrə 128 m2 (içəridən ölçəndə 109 m2), studio mənzillərdə isə xarici perimetr üzrə 50 m2 (içəridən ölçəndə 43m2) təşkil edir.










