Eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısı alınacaq.
Bir mənzilin iki nəfərə satılmasına son - ARAŞDIRMA
FED.az xəbər verir ki, mənzil alan insanların işini asanlaşdırmaq və bu sahədə fırıldaqçılıq hallarına son qoymaq üçün vahid portal yaradılacaq.
Bu, prezident İlham Əliyevin bir müddət əvvəl ''Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin yaradılması haqqında fərmanı əsasında mümkün olacaq. Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, sistemin yaradılması üzrə işlər sürətləndirilib.
Ekspert Elnur Fərzəliyev deyir ki, illərdir yeni tikilmiş binalarda alqı-satqı demək olar ki, eyni formada aparılır.
Onun sözlərinə görə, bu sahədə də ciddi dəyişikliklərin vaxtı çatıb.
Elnur Fərzəliyev qeyd edib ki, portal fəaliyyətə başlayandan sonra ev alqı-satqısı yeni qaydalarla aparılacaq. (Xezerxeber.az)