Şirvan şəhər əhalisinin yaşayış sahələrinə ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Naxçıvan küçəsində yerləşən 8 hektardan çox ərazi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilib.
Dövlət Binəqədidə aşağı gəlirli təbəqələr üçün binalar tikəcək - 54 MİLYONLUQ MÜQAVİLƏLƏR İMZALANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin vəsatəti və Ekologiya və təbii sərvətlər və Kənd təsərrüfatı nazirliklərinin müsbət rəyləri əsasında bu barədə təklifi İqtisadiyyat Nazirliyi bu günlərdə qəbul edib.
Layihəyə əsasən, göstərilən ünvanda 1264 mənzildən ibarət 25 çoxmənzilli yaşayış və məktəb binalarının, 140 yerlik uşaq bağçasının, 2 transformator yarımstansiyasının, 5
içməli və yanğın su anbarının və nasosxananın inşası planlaşdırılıb.
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC mühəndis hazırlıq işləri çərçivəsində yeraltı elektrik xətləri çəkib, ərazidə müvəqqəti beton zavodun quraşdırılmasına başlanılıb.