Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.
FED.az xəbər verir ki, Prezident yataqxanalardan məcburi köçkünlərin köçürülməsi ilə maraqlanıb.
Eləcə də bax: Azərbaycanda 2 universitet üçün - tələbə yataqxanası tikiləcək - PUL AYRILDI
Prezident İlham Əliyev: İndi Bakı şəhərində yataqxanalar boşaldılır. Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdədir. Onların taleyi necə olacaq, söküləcəkmi, təmir olunacaqmı? Siz bu məsələ ilə məşğul olmusunuz, yoxsa yox?
Rövşən Rzayev: Bəli. Biz çalışırıq ki, bütün yataqxanalardan məcburi köçkünləri tamamilə köçürək. Biz yataqxanaları rayon icra hakimiyyətlərinə və Əmlak Komitəsinə təhvil veririk.
Prezident İlham Əliyev: Onların vəziyyətinə də baxmaq lazımdır. Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir və onların yerində yeni binalar tikilə bilər.
Rövşən Rzayev: Möhtərəm cənab Prezident, deyə bilərəm ki, bütün yataqxanalar həqiqətən də qəzalı vəziyyətdədir, bu, onları bərpa etməyə imkan verməyəcək. Yəqin ki, sökülüb yerində yeni binalar tikiləcək.
Marja