"Azərbaycanda manatın məzənnəsinin sabitləşməsi, insanların yığdıqları pulları yenidən daşınmaz əmlak bazarına qoyması bu bazarda aktivliyi artırıb".
Fed.az xəbər verir ki, bu barədə MBA konsaltinq və qiymətləndirmə şirkətinin prezidenti, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, təkcə bu ilin avqust ayında Bakının müxtəlif rayonlarında satılmış əmlakların sayı iyul ayı ilə müqayisədə 3-8% çox olub. Qiymətlərdə isə aylıq müqayisədə 2-3% artım var.