Yasamalın daha bir hissəsində köhnə binaların söküləcəyi xəbəri yayılmaqdadır.
Kubinkada köhnə evlər sökülür, yerində premium binalar tikilir - VİDEO
Bəs köçürmə pörosesinə nə vaxt başlanılılacaq?. Əhaliyə nə qədər kompensasiya ödəniləcək?.
FED.az xəbər verir ki, Süleyman Tağızadə küçəsinin sakinləri artıq bir neçə ildir dayandırılan prosesə yenidən start verildiyini eşidiblər. Amma bununla bağlı sakinlərə nə rəsmi məlumat verən var, nə də onlara müraciət edən.
Sakinlər deyir ki, bu evlərin əksəriyyəti 1911-13 cü illərdə tikilib.
İsmayıl Qutqaşenli küçəsinin sakinləri iddia edir ki, artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Amma tikintinin kim tərəfindən aparıldığı ilə bağlı sakinlərə məlumat verilməyib.
Yasamal rayon İcra Hakimiyyətindən cavab olaraq bildirildi ki, hazırda "Təzəpir" məscidi ətrafında, Bəşir Səfəroğlu küçəsindən Azərbaycan propektindəki 5 mərtəbəli binaya qədər olan hissədə yerləşən fərdi evlərin sökülməsi barədə Nazirlər Kabinetinin qərarı mövcud deyil.
Növbəti mərhələnin icrası barədə Nazirlər Kabinetinin müvafiq qərarı olduğu təqdirdə sakinlərə əvvəlcədən bildirişlər təqdim olunacaq. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı gələcəkdə evləri söküləcək şəxslərə isə ödəniləcək kompensasiyanın məbləği mövcud qanunvericiliyə əsasən təklif olunacaq.
İsmayıl Qurtqaşenlı küçəsindəki söküntü isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. (Xezerxeber.az)