İnşaat və əmlak

Yasamalda 827 mənzil ilin sonunadək satışa çıxarılacaq - VİDEO  

Yasamalda 827 mənzil ilin sonunadək satışa çıxarılacaq - VİDEO

  | FED.az
20:46 20 İyun 2019

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal rayonu ərazisində reallaşdırılan layihələrinin - Yasamal Yaşayış Kompleksinin (11,6 hektar) və 15,4 hektar torpaq sahəsində inşa olunan yaşayış kompleksinin hazırkı vəziyyəti ilə bağlı videoçarx hazırlanıb.

ELƏCƏ DƏ BAX: Hövsandakı sosial evlərin nə vaxt satılacağı - MƏLUM OLDU

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda Yasamal Yaşayış Kompleksinin (15,4 hektar) tikintisi davam etdirilir.

Kompleks 22-si doqquz mərtəbəli və 18-i on iki mərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Kompleksdə agentliyin sərəncamında olan 1458 mənzil “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.

Yasamal Yaşayış Kompleksində (11,6 hektar) qalan 827 mənzil isə bu ilin sonunadək satışa çıxarılacaq.

Digər xəbərlər

Banner