Cari ilin yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,9 faiz artaraq 399,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, tikinti kərpicinin istehsalı 62,2 faiz, tikinti əhənginin istehsalı 50,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 20,5 faiz artıb.
Eləcə də bax:Azərbaycanlılar ABŞ da ipoteka ilə mənzil ala bilərlər
Sementin istehsalı 5,2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 45,6 faiz, tikinti gipsinin istehsalı isə 81,7 faiz azalıb.