Prezident İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
FED.az xəbər verir ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 5 fevral tarixli sərəncamına əsasən, Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40 milyon manatı sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.
Eləcə də bax: Bakıya 458 yeni - LİFT GƏTİRİLİB
Həmin 237 çoxmənzilli binada 751 istismara yararsız lift olub.
Dəyişikliyə əsasən, ayrılan vəsait hesabına 237 deyil, 266 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək. 266 çoxmənzilli binada 798 istismara yararsız lift var.
Sərəncam çərçivəsində ayrılan 31 milyon 956,20 manat hesabına Bakı şəhəri üzrə binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək çoxmənzilli binaların sayı da 146-dan (542 istismara yararsız lift) 170-ə (581 istismara yararsız lift) qaldırılıb.
Qafqazinfo