2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 255,6 min kvadratmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 13,6% azdır.
Ötən il 963 tikinti obyektində - İŞLƏR DAYANDIRILIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 112,9 milyon manat (azalma 4,4%) təşkil edib.
2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 24,8% azdır. 2022-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 925,4 milyon manat (azalma 5,8%) təşkil edib.(İnterfaks-Azərbaycan)