«Nevita İnternational»ın idarə heyətinin sədri Faruk Akbal, xarici sərmayəçilərin ilin ilk 4 ayında Türkiyədən 9 min 618 mənzil aldığını bildirib: “Xaricilər mənzil üçün ortalama 135 min dollar ödəyib. İlk 4 ayda xaricilərə mənzil satışından əldə edilən gəlir 1,3 milyard dollar olub».
Qeyd edək ki, ötən il Türkiyədə xaricilərə satılan əmlakın orta qiyməti 148 min dollar olu. F.Akbal bildirib ki, bazarda aktivlik artıqca, orta qiymətin 150 min dollara çatacağı da gözlənilir.
Akbal deyir ki, Türkiyədə xaricilərə ən çox mənzil 2018-ci əldə satılıb – və 40 minlik rekord vurulub.
Artım 2019-cu ildə də davmm edir. Türkiyənin rəsmi statistika xidmətinin məlumatına görə, ötən ilin ilk 3 ayında mənzil satışı 5298 olduğu halda, bu il həmin göstərici 81,5% artaraq 9 618-ə çatıb. Ümumilikdə bu il xaricilərə 50 min mənzilin satılacağını gözləyir ekspertlər.
Orta qiymətin də 150 min dollara çatacağı ilə bağlı gözləntiləri nəzərə alsaq, bu il Türkiyə xaricilərin mənzil almasından 7,5 milyard dollar qazanacaq.