Türkiyədə ev satışları azalıb.
FED.az Türkiyə Statistika Komitəsinə İstinadən xəbər verir ki, sentyabr ayında Türkiyə daxilində mənzil satışları əvvəlki ilin eyni ayına görə 9,2% azalaraq 127 min 327 olub. Ən çox ev İstanbulda satılıb - 20 123 mənzil və ümumi evlərin 15,9%-i. Satış rəqəmlərinə görə, sonrakı yerləri Ankara 11 min 368 ev və ya 8,9%, İzmir 6,885 evvə 4,9% payla İzmir tutur.
Xaricilərə satılan evlər isə 2,5 dəfə artaraq 5 min 615 olub. 2018-ci ilin sentyabr ayında İstanbul, əcnəbilər üçün mənzil satışında 1 799 evlə ilk sıradadır. Antalyada 1 038 ev, Bursada 424 ev, Ankarada 386 ev və Yalovada 333 ev satılıb.
Sentyabr ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıb - 1 351 mənzil. Sonrakı yerləri İran 538, Küveyt 360, Səudiyyə Ərəbistanı 312 mənzil və 299 ev ilə Almaniya vətandaşları dayanır.