Xankəndidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşəcəyi ərazi məlum olub.
Xankəndidə qondarma rejimin “XİN”inin binası sökülür - FOTOLAR
FED.az xəbər verir ki, idarənin binası Xankəndidə sentyabrın 2-də söküntüsü başlanılan qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin yerində inşa olunacaq.
Müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.
Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur. (Report)