Təqdimatda PMD Group-un Biznesin İnkişafı üzrə rəhbəri Kamil Əliyev, Ginza Project-in kreativ direktoru və nümayəndəsi Olga Kukoba və PMD Group-un Biznesin İnkişafı üzrə meneceri Yaşar Novruzov çıxış etdilər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, çıxışlar zamanı Təzə Bazarın şəhər həyatındakı tarixi rolu, yeni konseptin formalaşmasına təsir edən əsas amillər və layihənin gələcək funksionallığı barədə məlumat verildi.
Bildirildi ki, Təzə Bazar yalnız ticarət məkanı kimi deyil, həm də şəhər sakinləri və qonaqlar üçün sosial, mədəni və ictimai həyatın bir hissəsinə çevriləcək müasir ictimai məkan kimi yenidən formalaşdırılır. Yeni konseptin hazırlanmasında mehmanxanalar, bazarlar, restoran və ictimai iaşə konseptlərinin yaradılması sahəsində təcrübəyə malik Ginza Project-in yanaşması nəzərə alınır. Bu əməkdaşlıq layihəyə müasir qonaqpərvərlik, xidmət keyfiyyəti və istifadəçi təcrübəsi baxımından əlavə dəyər qatır.
Yaxın iki il ərzində qapılarını yenidən açması planlaşdırılan Təzə Bazar ümumilikdə 30 000 m² sahəni əhatə edəcək. Yeni konsept çərçivəsində ərzaq məhsullarının satışı, qida məhsulları və yemək zonası, yarmarka və topdansatış sahələri, sənətkarlıq məhsullarının satışı, spesifik texniki xidmətlər, uşaqlar üçün əyləncə zonası, açıq teraslar və iki mərtəbəli avtodayanacaq nəzərdə tutulur.
Təzə Bazar konseptində əsas diqqət yalnız funksionallığa deyil, həm də ziyarətçi təcrübəsinə yönəldilib. Məkan gündəlik alış-veriş, qastronomik təcrübə, ailəvi istirahət, yerli məhsulların təqdimatı və ictimai qarşılıqlı əlaqə üçün açıq şəhər platforması kimi nəzərdə tutulur.
Layihə Bakının cari şəhərsalma inkişafına töhfə verməklə yanaşı, ənənəvi bazar mədəniyyətinin dinamik və müasir həyatın tələbləri ilə ayaqlaşan bir məkanın yaradılmasını hədəfləyir.









![WUF13 çərçivəsində Ginza Project və PMD Group tərəfindən Təzə Bazarın gələcək konsepti - [red]TƏQDİM OLUNDU[/red] | FED.az](upload/news/small/4397852.jpeg)
![WUF13 çərçivəsində Ginza Project və PMD Group tərəfindən Təzə Bazarın gələcək konsepti - [red]TƏQDİM OLUNDU[/red] | FED.az](upload/news/small/4375415.jpeg)
![WUF13 çərçivəsində Ginza Project və PMD Group tərəfindən Təzə Bazarın gələcək konsepti - [red]TƏQDİM OLUNDU[/red] | FED.az](upload/news/small/1944047.jpeg)
![WUF13 çərçivəsində Ginza Project və PMD Group tərəfindən Təzə Bazarın gələcək konsepti - [red]TƏQDİM OLUNDU[/red] | FED.az](upload/news/small/2151110.jpeg)
![WUF13 çərçivəsində Ginza Project və PMD Group tərəfindən Təzə Bazarın gələcək konsepti - [red]TƏQDİM OLUNDU[/red] | FED.az](upload/news/small/1348850.jpeg)








