Amerikalı iş adamı İlon Mask ABŞ-nin Texas ştatının paytaxtı Ostin şəhərinin yaxınlığında yeni aldığı torpaqda öz şəhərini salmağı planlaşdırır.
“Twitter” şirkətinin gəliri təxminən - 40% AZALIB
FED.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”a mənbələr məlumat verib.
Onların sözlərinə görə, Mask və onun şirkətlərinin işçiləri sahibkarın ideyasını əməkdaşların işləyə və yaşaya biləcəyi Kolorado çayı boyunca bir növ Texas utopiyası kimi təsvir ediblər.
Qəzetin həmsöhbətləri bildiriblər ki, planlaşdırılan şəhər Texasda tikilən Maskın “SpaceX” və “Boring” şirkətinin məkanlarına bitişikdir. Artıq ərazidə bir qrup modul tipli evlər, hovuz, açıq idman meydançası və idman zalı tikilib. Maskın əsas köməkçilərindən biri, “Boring Company”nin prezidenti Stiv Devis iş adamının daha böyük planlarını, o cümlədən tamhüquqlu böyük şəhər salmaq barədə danışıb.
Texas qanunvericiliyinə görə, bir şəhər yalnız ən azı 201 sakini olduqda qeydiyyata alına bilər. Nəzərdə tutulan Maskın şəhərinin salındığı Bastrop dairəsinin nümayəndəsi bildirib ki, administrasiya nə sahibkardan, nə də onun təşkilatlarından açıqlama alıb. (Report)
IB