Rusiyada bağ sahələrindəki kiçik tikililər, o cümlədən hamam və qarajlar üçün vergiləri aerofotoçəkilişlər vasitəsilə və həmin obyektlərin Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrində (DƏVDR) qeydiyyatdan keçməklə avtomatik qaydada hesablamaq mümkün olacaq.
Eləcə də bax: Masazırdakı evlərə “kupça” veriləcək – GƏLƏN HƏFTƏ BAŞLAYIR
“İzvestiya” qəzeti xəbər verir, əmlakın növünün müəyyənləşdirilməsi zamanı vergi xidməti Rusiyanın Dövlət Reyestrinin məlumatlarına əsaslanacaq və torpağın tipindən asılı olmayaraq DƏVDR tərəfindən nömrə almış istənilən iri tikili vergitutma obyektinə çevriləcək.
Eləcə də bax: Bakıda tikintiyə icazə verən qurum dəyişdi - FƏRMAN
Bu ildən Rusiyada start veriləcək daşınmaz əmlakın qeydiyyata alınması kampaniyası 40 min obyekti əhatə edəcək. Kampaniya zamanı obyektlərin qeydiyyata alınması üçün regionların administrasiyaları peykdən çəkilmiş fotolardan və ya pilotsuz uçan cihazların məlumatlarından istifadə edə biləcəklər.
Eləcə də bax: Sosial evlərin necə satılacağı müzakirə edilir
Onu da qeyd etmək yerinə düşər ki, Rusiya qanunvericiliyinə əsasən, yalnız evlər deyil, həyətdə olan tikililərin hamısı - hamamlar, təsərrüfat anbarları, hətta hasarlar qeydiyyata alınmalıdır və bunlar üçün vergi ödənilməlidir. Bağ evi olan vətəndaşların əksəriyyəti bu qanunun tələblərinə laqeydlik göstərdiyinə görə Moskvaətrafı vilayətin rəhbərliyi qeydiyyata alınmamış obyektlər üçün cərimələrin məbləğini üçqat artırıb.
© Azərtac