Gələn ayın, yəni, sentyabrın 18-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək hərraca Vergilər Nazirliyinə məxsus müxtəlif markalı səkkiz avtomobil çıxarılıb. FED.az xəbər verir ki, avtomobillərin buraxılış ili 2005-2007-ci illər arasında dəyişir. Hərracda minimal qiymət 3000, maksimal qiymət isə 4200 manat təşkil edir.
Qeyd edək ki, nazirliyin beş ədəd “KİA Optima” və üç ədəd “Daewoo Nexia” markalı avtomobili satılacaq.