Vergilər Nazirliyi vergi borcuna görə, əmlakların növbəti partiyasını satışa çıxırıb. Fed.az xəbər verir ki, bu dəfəki hərracda Bakı, Ağcəbədi, Tərtər kimi bölgələrdə yerləşən tikinti materialları və geyimlə yanaşı, cəbhə bölgəsindəki torpaq sahələri də satılacaq. İlkin hərracda hərraca çıxarılan əmlaklar bunlardır:
1. Novxanıda bağ sahəsi – 30 min manat
Əmlakın adı: Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1147 C nömrəli 0,05 ha torpaq sahəsi Nəsimi RM qərardadı ilə satışa çıxarılıb. Əmlakın tam dəyəri və ilkin hərrac qiyməti 30000 AZN-dir. Hərraca qatılmaq üçün əvvəlcəjdən 3 min manat beh verilməlidir.
2. Geyim əşyası – 170 manat
Vergi borcuna görə, Ağcabədidəki vergi ödəyicisinin hərraca çıxarılan növbəti əşyası qadın paltarıdır. Əmlakın tam dəyəri və ilkin hərrac qiyməti 170 AZN-dir. Əvvəlcədən veriləcək behin məbləği isə 17 AZN təşkil edəcək.
3. Dikt – 1262 manat
Vergi borcuna görə, Ağcəbədi rayonu, Avşar kəndində yerləşən tikinti materialları hərraca çıxarılıb. Dikt lövhələrin tam dəyəri və ilkin hərrac qiyməti 1262 AZN-dir. Əvvəlcədən veriləcək behin məbləği isə 126 AZN təşkil edəcək.
4. Tərtərdə torpaq sahəsi – 5200 manat
Tərtər rayonu, Mamırlı kəndindəki 2,6 hektor torpaq sahəsi də vergi borcuna görə hərraca çıxarılıb. Əmlakın tam dəyəri və ilkin hərrac qiyməti 5200 AZN-dir. Əvvəlcədən veriləcək behin məbləği isə 520 AZN təşkil edəcək.
5. Tərtərdə torpaq sahəsi – 9 700 manat
Tərtər rayonu, Əskipara kəndində 3,26 ha torpaq sahəsi hərraca çıxarılıb. Əmlakın tam dəyəri və ilkin hərrac qiyməti 9700 AZN-dir. Əvvəlcədən veriləcək behin məbləği isə 970 AZN təşkil edəcək.
Hərraclar 5 avqust 2018-ci il tarixindən etibarən hər həftənin 1-4 günləri ərzində saat 10:00-13:00 və 15:00-17:00 qədər Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M. Müşviq küçəsi, 2A (Monolit Plaz) ünvanında keçiriləcək.
Vergi borcuna görə hərraca çıxarılan əmlaklar – SİYAHI, QİYMƏTLƏR
15:37
5 İyul 2018