Ukrayna Ədliyyə Nazirliyi hazırda istifadə edilməyən həbsxanadarı hərrac yolu ilə satışa çıxarıb.
FED.az Ukrayna mətbuatına istinajən xəbər verir ki, ilk satılan obyekt İrpen islah əmək koloniyası olacaq. Kiyevin cəmi 3 kilometrliyində yeprləşən həbsxananın 8 hektar ərazisi var, binanın sahəsi isə 24 min kvadratmetrdir. Burada bütün kommunikasiya xətləri – yol, işıq, su və sair çəkilib.
Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib ki, həbsxananın yerində nə yaradılacağı hökuməti maraqlandırmır - zavod, yaşayış binası, yoxsa, ticarət mərkəzi. Bu məsələ həbsxananı alan imnvestorla yerli orqanlar arasında, şəhərsalma sənədlərinə uyğun olaraq razılaşdırılacaq.
Həbsxananın satışından əldə edilən vəsaitin bir hissəsi digər həbsxanaların saxlanılmasına, qalanı isə büdcəyə yüönəldiləcək. Buradakı dustaqlar isə başhqa həbsxanalara göndəriləcək.
Nazir bildirib ki, gələcəkadə başqa həbsxanadar da satışa çıxarılacaq. Əsas üstünlük şəhər daxilindəki həbsxanalara aid olacaq.