Ukrayna Əmlak Fondu Lvov şəhərindəki həbsxana binasını hərracda satıb.
FED.az xəbər verir ki, hərracda ilkin qiymət 4,9 milyüon dollar olsa da, qiymətlər təqribən 3 dəfə artıq olub – 7 investorun qatıldığı hərracda həbsxana binası 13,8 milyon dollara satılıb.
Bu Ukraynada həbsxana binasının uğurla satıldığı ilk hərrac olub. Məsələ bundadır ki, bu ilin martında Ukraynada İrpen həbsxanası da 8 milyon dollara satışa çıxarılmış amma onu almaq istəyən olmamışdı.
Sonradan qiyməti ikiqat azaldılsa da həbsxana satılmayıb.