“Dağılan binalarda səhlənkarlığı olanlar hesab verəcəklər”.
Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
FED.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib:
“Dağılan binalarda səhlənkarlığı olanlar hesab verəcəklər. Heç kimə güzəştə gedilməyəcək”, o bildirib.
Nazir bildirib ki, Diyarbəkir prokuroru Mustafa Çelenk artıq bununla bağlı araşdırmalara başlayıb:
“Amma hazırda prioritetimiz xilasetmə işləri, dağıntılar altından insanlarımızı xilas etməkdir. Bundan sonra məhkəmə prosesi olacaq. Əgər kiminsə səhlənkarlığı, günahı varsa, hamısı həbs ediləcək. Heç kim etdiklərinə görə, məsuliyyətdən yayına bilməyəcək. Buna əmin olun", o deyib. (Apa)