Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Nazirlik tərəfindən inşa olunacaq binalarda ABŞ istehsalı olan tikinti materiallarının istifadə edilməyəcəyini bildirib.
Nazirlikdən verilən yazılı açıqlamada, dolların bahalaşmasına qarşı bir addımın da Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən atıldığı vurğulanıb.
Nazir Murat Kurum, Nazirlik tərəfindən həyata keçiriləcək layihələrdə ABŞ-ın tikinti materiallarının istifadə edilməyəcəyini açıqlayıb.
Eləcə də bax: Türkiyə iPhonedan imtina edir? - SİYAHI
Daşınmaz əmlak sektorunu yaxından maraqlandıran bir yol xəritəsi üzərində çalışdıqlarını bildirən nazir, "Daşınmaz əmlak sektorunun aparıcı nümayəndələri, 15 İyulda FETÖ-nün xain dövlət çevrilişi cəhdinin ardından vətəndaşlarımızın ev sahibi olması üçün önəmli bir fədakarlıq nümunəsi göstərdilər. Bu gün də ölkəmizə qarşı aparılan bu iqtisadi müharibəyə qarşı ən güclü şəkildə mübarizə aparacaqlar və yeni bir fədakarlıq dövrünü başladaraq vətəndaşlarımızı mənzil sahibi edəcəklər",- deyib.
Açıqlamada, nazirin, növbəti günlərdə tikinti, tikinti materialları və daşınmaz əmlak sektoru nümayəndələri ilə görüşəcəyi qeyd edilib.
Xəbər verdiymiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ABŞ-ın elektronika məhsullarına boykot tətbiq edəcəyik. Onların iPhone-u varsa, o biri tərəfdə Samsung var, Venüs var, Vestel var" demişdi.