Köhnə binalarda mənzillərin qiyməti 30-35 min manat bahalaşıb.
Bakıda bütün - KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK
FED.az xəbər verir ki, mənzil bazarında köhnə binlara marağın artması qiymətə də ciddi təsir edib.
Rieltor Mülkədar Rüstəmov deyir ki, indi tələbat çox olsa da, köhnə binada satışan çıxarılan mənzillərin sayı azdır. Bu binalarda müştərilər tərəfindən daha çox axtarılan isə 2-3 otaqlı mənzillərdir.
Onun sözlərinə görə indi bu mənzillər əvvəlkindən 30-35 min manat baha təklif olunur. Şəhərin mərkəz hissələrində isə bu məbləğ daha da artır. Xüsusilə metrostansiya yaxınlığında yerləşən binalarda.
Mülkədar Rüstəmov isə bildirib ki, köhnə binalara marağın artmasına səbəb dözümlü hesab olunması ilə yanaşı həm də, binanın dövlət balansında olmasıdır ki, yaranan hər hansı problem zamanı sakinlər mtk rəhbərinə yox aidiyəti quruma müraciət edirlər. (Xezerxeber.az)