Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdə dağılan binaların cəmi 5%-i tikinti norma və tələblərinə cavab verirmiş.
Türkiyədən mənzil alan Azərbaycan vətəndaşlarının sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, Türkiyə baş prokurorluğunun təyin etdiyi və zəlzələ bölgəsində tədqiqatlar aparan ekspertlər bu qərara gəliblər. Onların rəyinə görə zəlzələ bölgəsində dağılan hər 100 binadan yalnız 5-i seysmik qaydalara uyğun inşa edilib.
Ekspertlər qrupuna daxil olan mühəndis Bora Akşar bildirib ki, Kahramanmaraşdakı dağılmış binalarda betonun keyfiyəti həddən artıq aşağı olub: «Betonun keyfiyyəti və istifadə üsulu tələblərə cavba vermir. Biz gördük ki, betonun tərkibində şeben əvəzinə səthi hamar çay daşlarından istifadə edilib».
Bundan başqa, Bora Akşar binalarda istifadə olunan beton sütun və atmaların istehsalı və hazırlanmasında da nöqsanların olduğunu bildirib.
Digər ekspert Onder Umut isə bildirib ki, əgər binalar istehsalat prosesinin bütün tələblərinə uyğun inşa edilsə idi, zəlzələ zamanı onlar yenə də zədələnəcəkdi, amma belə çəkməyəcəkdilər.
Dağılmış və ciddi zədələnmiş banaları araşdıran digər ekspertlər qrupu isə tikintidə istifadə olunan armaturun göstəricilərinin qeyri-adi olduğunu bildirib.
«Biz burada gördüyümüz hər bir zədənin fotosunu çəkmişik. Baxdıq ki, bəzi armaturlar düzgün qırılmayıb. Adi tikinti metalına həddən artıq yük düşəndə o əvvəlcə nazilir, sonra qırılır», -deyə ekspert Yazıcı bildirir.
«Burada dağıntı yerlərində isə biz bunun əksini müşahidə elədik. Bəzi armaturlar sadəcə peçenye kimi iki yerə bölünüb».
Zəlzələnin baş verdiyi ərazidə vaxtilə işləmiş fəhlələrlə və tikinti şirkətlərinin işçiləri ilə söhbətdən sonra məlum olub ki, bu keyfiyyətsiz armaturlar ya başqa ölkələrdən gətirilib, ya da mietallomdan hazırlanıb.
Ekspertlər bildirib ki, materialların keyfiyyətsizliyi ilə yanaşı, konstruksiya nöqsanları da qeydə alınıb: «Aşağı keyfiyyətli tikinti materiallarının istifadəsi ilə yanaşı, konstrkusiyaya aid çatışmazlıqlar da aşkar edilib. Hətta bəzi yeni tikililərin inşası üçün yerüstü tədqiqatlar da aparılmayıb».