Türkiyədə başlanan sosial mənzil layihəsi üçün müraciətlər ilk gündə 500 mini keçib.
FED.az xəbər verir ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum sosial mənzil layihəsinin ilk günündə müraciətlərin sayının 507 min 937 olduğunu açıqlayıb.
Nazir sosial media hesabında bildirib ki, mənzil layihəsinin ilk günündə Elektron Hökumət vasitəsilə 439 min 375, banklara 68 min 562, cəmi 507 min 937 müraciət edilib: «Layihəmizə böyük maraq göstərən bütün vətəndaşlarımıza təşəkkürümü bildirirəm».
Sosial mənzil müraciətləri oktyabrın 31-də tamamlanacaq.
Torpaq və iş yerləri ilə bağlı müraciətlər isə oktyabrın 10-da başlayıb, noyabrın 7-də başa çatacaq.