Türkiyədə mənzillərin orta qiyməti 3 milyon TL-yə və ya təqribən 101 min dollara yüksəlib.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, yanvar ayının nəticələrinə əsasən:
• Mənzillərin 1 kvadratmetrinin orta qiyməti ölkə üzrə - 24,1 min TL və ya 777 dollardır.
• İstanbulda mənzilin 1 kvadratmetrinin orta qiyməti - 36,8 min TL və ya 1,2 min dollar təşkil edir.
• Ölkənin əsas daşınmaz əmlak bazarı sayılan İstanbulda mənzillərin orta qiyməti 4,2 milyon TL və ya 136,6 min dollara yüksəlib. Qeyd edək ki, bu qiymət ümumilikdə İstanbul üzhrə rəqəmlərdir. İstanbulun özündə qiymətlər daha da yüksəkdir.
Qiymətlərin ən sürətlə artdığı populyar regionlarda mənzillərin orta qiymətləri və qiymət artımı, eləcə də 1 m2-nin orta qiyməti
• Ankara: +87%, mənzil başına orta qiymət 2,6 milyon TL və ya 83 min dollar. Hər kvadratmetr üçün orta qiymət 19,8 min TL və ya 639 dollar təşkil edir.
• Antalya: +59%, mənzil başına orta qiymət 3,7 milyon TL və ya 83 min dollar. Hər kvadratmetr üçün orta qiymət 32,6 min TL və ya 1000 dollar təşkil edir.
• Muğla: +93%, mənzil başına orta qiymət 7,2 milyon TL və ya 232 min dollar. Hər kvadratmetr üçün orta qiymət 55,3 min TL və ya 1800 dollar təşkil edir.
Satışların ən çox düşdüyü yer (dekabr ayı ilə müqayisədə yanvarda xarici investorlar arasında məşhur olan əyalətlər)
• Muğla: dekabrdakı 1,98 minə qarşı 1,1 min (-44,6%)
• Qaziantep: dekabrdakı 4,1 minə qarşı 2,3 min (-44,3%)
• İstanbul: dekabrdakı 23,7 minə qarşı 13,4 min (-43,4%).