Türkiyədə mənzil qiymətləri indeksi 2018-ci ilin İyul ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,48 faiz artaraq 268,09 səviyyəsində olub.
FED.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı (TCMB), 2018-ci ilin İyul ayında mənzil qiymətləri indeksi (KFE) göstəricilərini açıqlayıb.
Məlumata görə, KFE İyul ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,48 faiz artımla 268,09 səviyyəsində olub. KFE, üç böyük şəhərdə - İstanbul, Ankara və İzmirdə illik müqayisədə müvafiq olaraq 3,77 faiz, 8,53 faiz və 16,58 faiz artmışdır.