Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) sentyabr ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb.
Eləcə də bax: Azərbaycanlıların keçən ay Türkiyədən aldığı mənzillərin sayı - AÇIQLANDI
FED.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) sentyabr ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb. Mənzil qiymətləri illik 189,2 faiz artaraq rekorda imza atıb. İstanbulda isə mənzil qiymətləri illik ifadədə 212,1 faiz artıb.
TCMB-nin açıqladığı mənzil qiymətləri indeksinə görə, təkcə sentyabr ayında mənzil qiymətləri əvvəlki ayla müqayisədə 4,9 faiz artıb.
İstanbul, Ankara və İzmirdə mənzil qiymət indekslərindəki inkişaflar qiymətləndirildikdə, sentyabr ayında bir əvvəlki aya görə müvafiq olaraq 4,6, 4,3 və 5,8 artım müşahidə edildi. Əvvəlki ilin eyni ayına görə İstanbul, Ankara və İzmirdə qiymətlər müvafiq olaraq 212%, 196% və 186% artdı.
İstanbulda orta mənzil qiyməti 3 milyon TL-ni - 161 min 117 dolları keçib. 1 kvadrat metrin orta qiyməti isə 25 min 714 TL və ya 1 381 dollara yüksəldi. Ankarada kvadrat metrin orta 11 min 323 TL - 608 dollar, İzmirdə isə 18 min 761 TL - 1008 dollara yüksəlib.