Türkiyədə mənzil qiymətləri 2025-ci ilin mart ayında 2024-cü ilin mart ayı ilə müqayisədə (illik) 32,3 faiz artıb.
Azərbaycanlıların Türkiyədən nə qədər mənzil alıb? - DETALLAR
FED.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) mart ayı üzrə Mənzil Qiymətləri İndeksi məlumatlarını açıqlayıb.
Ölkədə mənzil qiymətləri mart ayında fevral ayı ilə müqayisədə 2,03% artıb. Qiymətlər öyən ilin eyni ayına nisbətən nominal ifadədə 32,3% artıb.
Yanvarda mənzil qiymətləri 4,68 faiz, fevralda isə 2,82 faiz artmışdı.
Mənzil qiymətləri İstanbulda illik 30,7%, Ankarada 38,6%, İzmirdə 32,5% artıb.
Mənzil qiymətlərinin illik müqayisədə ən çox artdığı rayonlar 46,7 faiz ilə Bingöl, Elazığ, Malatya, Tunceli, Van, Bitlis, Hakkari və Muş olub.
Qiymətlərin ən az artdığı rayonlar isə 19,3% ilə Antalya, Burdur və Isparta olub. (Marja)